Ali məktəb

Pedaqoji Universitetin “Gənc müəllim” qəzeti yeni üslub və dizaynda

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə bağlı Sosial Media Marketinq komandası bu ali təhsil müəssisəsinin mətbu orqanı olan “Gənc müəllim” qəzetinin yenilənmiş versiyasını ictimaiyyətə təqdim edib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, qəzet maraqlı və aktual rubrikalar, müsahibə və məqalələrlə, mükəmməl dizaynda və tam rəngli formatda 500 nüsxədə nəfis tərtibatda nəşr olunaraq universitet daxilində pulsuz paylanılıb. Eyni zamanda, universitetin elektron resurslarından (www.adpu.edu.az), sosial şəbəkə hesabları üzərindən qəzetin elektron versiyası ilə tanış olmaq mümkündür.

Nəşrin yeni sayında Vətən müharibəsi zəfəri ilə bağlı yazılar, universitet yenilikləri, metodiki, bədii-publisistik materiallar yer alıb. Bu sayda “Zəfəri inşa edən müəllimlərimiz – ADPU-nun şəhidləri”, “Məşhur məzunlarımız”, “Şəhid müəllimin gələcəyin müəllimi olacaq qızı ilə müsahibə”, “Qarabağ zəfəri”, “İctimai həyat – tələbə təşkilatlarının fəaliyyəti” və digər sərlövhəli yazılar verilib.

Qəzetin Müşahidə şurasının sədri ADPU-nun rektoru, professor Cəfər Cəfərov, üzvləri dosent Eldar Aslanov, professorlar Asəf Zamanov və Fikrət Rzayev, Tural Cəlilovdur.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close