Ali məktəb

Pedaqoji təhsili olmayıb, müəllim işləmək istəyənlər üçün – Qaydalar, qadağalar

Nazirlər  Kabineti bu ilin  may ayında bəzi qeyri-pedaqoji ixtisaslı olan şəxslərə müəllim işləmək imkanı yaratdı.

Pedaqoji  təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunduqdan və sertifikat aldıqdan sonra müsabiqədə iştirak edə bilərlər.

Məsələn, dirijorluq, solo ifa ixtisaslarını bitirənlər musiqi müəllimi, informasiya texnologiyaları, kompüter mühəndisliyi  bitirənlər  informatika  müəllimi işləyə bilərlər.

Qeyri pedaqoji təhsilli şəxslərin müəllim kimi işləməsinin daha bir yolu isə, əlavə ixtisas təhsili almalarıdır.

AzEdu.az. əlavə təhsillə bağlı ətraflı məlumatı təqdim edir:

Ali təhsili olanlar əlavə ali və orta, orta ixtisas təhsili olanlar isə əlavə, yalnız orta ixtisas təhsili ala bilərlər. Əlavə ixtisas təhsili əyani, axşam və qiyabi təhsil formalarında həyata keçirilir.

Təhsil alanlar  əvvəlki  ali (orta ixtisas) təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədikləri vəzifəsi və seçdikləri ixtisasa uyğun qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisələrində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Əlavə təhsil almaq üçün qəbul  Azərbaycan  Respublikası  “Təhsil Qanunu”, ali və orta ixtisas məktəblərinin nümunəvi əsasnamələri nəzərə alınmaqla hər bir təhsil müəssisənin öz nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydalar əsasında yay tətili dövründə aparılır.

Hər hansı təhsil müəssisəsində hazır əlavə ixtisas təhsili üzrə qəbulun miqdarı, maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla təhsil müəssisəsinin özü tərəfindən müəyyənləşdirilir.

Əsasnamənin birinci bəndinin şərtlərinə uyğun gəlməyən şəxslər əlavə ixtisas təhsili almaq üçün dövlət tərəfindən müəyyən olunmuş qaydada qəbul imtahanları verərək ali (orta ixtisas) məktəblərinin birinci kursuna qəbul oluna bilərlər.

Əlavə ixtisas təhsili müvafiq ixtisas üzrə bakalavr (kiçik mütəxəssis) pilləsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi, eləcə də,  qısaldılmış təhsil proqramları əsasında aparılır. Bu proqramlar Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

Təhsil Nazirliyi tədris proqramlarının təhsil proqramlarına uyğunluğuna nəzarət edir.

Əlavə təhsil müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə (şöbələrdə) aparılmalıdır.

Həmin proqram və tədris planı əsasında ali (orta ixtisas) təsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr haqqında diplom verilir. Həmin şəxslər müəyyən qaydada təhsillərini növbəti pillələrdə davam etdirə bilərlər.  Əvvəl aldığı ixtisasın təhsil proqramında mənimsənilən fənlərin məzmununa qoyulan təlabat əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda tələbə həmin fənlər üzrə dərslərdən və attestasiyadan  azad olunur.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close