Ali məktəb

Nazir Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüşüb

Yanvarın 30-da təhsil naziri Emin Əmrullayev Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüşüb. 

Nazir təhsil işçilərini Qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb.

Təhsil naziri qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Ökə Prezidentinin dəmir yumruğu altında vahid bir güc olaraq torpaqlarımızı Müzəffər Ordumuzun sayəsində işğaldan azad etdik.

Vətən müharibəsinin təhsilimizə də təsirsiz ötüşmədiyini vurğulayan Emin Əmrullayev deyib ki, 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Dövlət başçısının müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib. Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq böyük qəhrəmanlıqlar göstərib.

Təhsil naziri sonda  təhsil işçilərinə xüsusi təşəkkürünü ifadə edərək, onlarla yanaşı, şəhid təhsil işçilərinin ailələrinin də hər zaman diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.

Görüşdə Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri keçdikləri döyüş yolu ilə bağlı öz hekayələrini bölüşüb, eləcə də təhsilə verə biləcəkləri töhvələrindən danışıblar.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close