Ali məktəb

Mikrobiologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının müdiri Samirə Nəcəfova və həmin laboratoriyanın əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının sahələrarası ekoloji və iqtisadi sistematik araşdırmalar bölməsinin 25 illik yubileyinə həsr olunmuş “Strateji regional layihələr və ərazilərin ekoloji, iqtisadi və sosial inkişafı” mövzusunda beynəlxalq onlayn elmi-praktik konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfransda Samirə Nəcəfova “Abşeron sənaye bölgəsində ekoloji problemlərin həlli üçün resurslara qənaət, tullantısız və ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanan bioekoklaster kompleksləri” mövzusunda məruzə ilə çıxış edib. O, mikrobioloji, biokimyəvi və texnoloji proseslərə əsaslanan biotexnologiyaların tətbiqi ilə Azərbaycanın ekoloji-sosial-iqtisadi problemlərinin həlli üçün inteqrasiya olunmuş istehsal təsərrüfatları sistemlərinin – bioklasterlərin əhəmiyyəti haqqında məlumat verib, mövzu ətrafında sualları cavablandırıb.

Qeyd edək ki, Nəriman İsmayılov, Samirə Nəcəfova və Aygün Qasımovanın həmmüəllif olduğu məqalə konfrans materialları toplusuna daxil edilib və elektron variantı Rusiya Təbiət Elmləri Akademiyasının rəsmi internet səhifəsində yerləşdirilib.

Onlayn tədbirdə Rusiya, Çexiya, Avstriya, Belarus, Özbəkistan, Qazaxıstan və Türkmənistandan qatılmış alimlərin məruzələri dinlənilib və elmi tədqiqatlarının nəticələri nümayiş etdirilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close