Ali məktəb

Memarlıq və İnşaat Universitetinin kollektivi yaralı hərbçilərimiz üçün qan verib

Dekabrın 10-da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, qanvermə aksiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankından ezam olunan xüsusi hərbi tibb briqadası tərəfindən universitetin əsas korpusunda aparılıb. Aksiyaya qoşulan universitet nümayəndələri Vətən müharibəsində misilsiz xidmətləri ilə seçilən yaralı əsgər və zabitlərimiz üçün qan veriblər.

Donorlar aksiyada yaxından iştirak etməklə hər an Vətənin keşiyində dayanan igidlərimizin yanında olduqlarını söyləyiblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close