Ali məktəb

Memarlıq və İnşaat Universitetində tələbələr kəsir imtahanlarını uğurla verirlər

Bakı, 4 sentyabr, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin onlayn kəsir imtahanları uğurla davam edir. AzMİU-dan AZƏRTAC-a bildirilib ki, avqustun 31-dən başlanan imtahanların sentyabrın 7-dək yekunlaşdırılacağı planlaşdırılır. Əsas sessiya bitdikdən sonra qiyabi təhsil alanların və 25 faizlə yenidən imtahan vermək şansı olanların imtahanına start veriləcək. Sessiya sentyabrın 15-nə qədər davam edəcək.

Hazırda kəsir imtahanları verən tələbələr iki qrupa bölünüb. 3197 nəfər texniki səbəblərdən yaz imtahan sessiyasında problem yaşayanlar, 1853 nəfər isə digər tələbələrdir. 2364 tələbə yazılı, 2676 nəfər isə test üsulu ilə onlayn imtahan verir. Gündəlik təxminən 500 tələbə kəsr imtahanına daxil olur.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close