Ali məktəb

Memarlıq və İnşaat Universitetində karyera yönümlü görüşlər uğurla davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera mərkəzinin fəaliyyətinin əsas istiqaməti tələbə və məzunların məşğullğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir. Mərkəz tərəfindən bu məqsədlə təşkil edilən karyera istiqamətli onlayn görüşlər uğurla davam edir.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən “Zoom” platforması üzərindən təşkil olunan növbəti görüşdə tələbələrə iş həyatlarının başlanğıcında vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumat verilib. Həmçinin CV-lərin düzgün tərtib edilməsi qaydaları haqqında videomaterial nümayiş olunub.

Təcrübə və karyera mərkəzinin təşkil etdiyi onlayn görüşlərin yaratdığı faydalı imkanlar sayəsində artıq gözlənilən nəticələr əldə edilib. Uğurlu nəticələrin əldə edilməsi digər tələbələrin də belə görüşlərə maraq və inamını artırır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close