Ali məktəb

Memarlıq və İnşaat Universiteti tərəfdaşı olduğu beynəlxalq layihənin ilk konfransında təmsil olunub

Avropa İttifaqının maliyyələşdirdiyi “XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompetensiyalar” layihəsində iştirak etmək hüququ qazanan tərəfdaşlar arasında tanışlıq məqsədilə ilk videokonfrans keçirilib. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və başqaları iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda tərəfdaş universitet və təşkilatların təqdimatı olub, layihə çərçivəsində görüləcək işlər barədə müzakirələr aparılıb. Universitetin Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov konfransda məruzə ilə çıxış edib.

Qeyd edək ki, layihə Ukraynanın Zaporojye Politexnik Milli Universitetinin koordinatorluğu ilə 2020-2023-cü illəri əhatə edir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close