Ali məktəb

MDU-nun Tələbə Elmi Cəmiyyətinin Xl elmi konfransı keçirilib – FOTO

2021-ci ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin “Nizami Gəncəvi İli” və “Elm Günü”nə həsr edilmiş XI elmi konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi və “Elm günü”nün təsis edilməsi barəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarını diqqətə çatdırıb və bununla bağlı MDU-da çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Eyni zamanda son dövrdə universitetdə tələbələrin elmi tədqiqat fəaliyyətinə daha aktiv cəlb olunması üçün geniş imkanların yaradıldığı qeyd edilib, onların elmi potensialının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından sözügedən konfransın əhəmiyyəti vurğulanıb.

Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close