Ali məktəb

Mədəniyyət və İncəsənət Universitetinə qəbul olanların nəzərinə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin onlayn qeydiyyatı davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədlərin onlayn qeydiyyatı oktyabrın 12-si saat 18:00-dək davam edəcək. ADMİU-nun bakalavriat səviyyəsinə qəbul olan abituriyentlər onlayn qeydiyyatdan keçmək üçün sənədlərini qeydiyyat2020@admiu.edu.az ünvanına göndərməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi (PDF), attestat və ya diplom (PDF), abituriyentin ali məktəbə qəbul haqqında nəticə vərəqi (PDF), abituriyentin Dövlət İmtahan Mərkəzinin səhifəsinə daxil olmaq üçün istifadəçi adı və şifrəsi, 3×4 sm ölçüdə rəngli fotoşəkil, təhsil haqqı ödənişinin qəbzi (PDF), əlaqə vasitələri (mobil, ev telefonu, elektron poçt), təhsil haqqı ödənişindən azad olan imtiyazlı şəxslərin (şəhid, məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş, Qarabağ və 20 Yanvar əlili övladı statusu olanlar) notarial qaydada təsdiq edilmiş sənədləri (PDF) tələb olunur.

Qeydiyyatla bağlı daha ətraflı məlumat almaq üçün qeydiyyat2020@admiu.edu.az ünvanına müraciət etmək olar. Təhsil haqqının ödənişi “Kapital Bank”ın filiallarında və ya bankın ödəniş terminalları vasitəsilə həyata keçirilə bilər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close