Ali məktəb

“Könüllülüyün BİR açarı” layihəsi

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülüyün BİR açarı” layihəsinə start verilib.

Layihənin məqsədi tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və komanda ilə işləmə bacarığının aşılanmasıdır.

Layihə onlayn olaraq “Zoom” və “Facebook” platformalarında təhsil müəssisələrinə uyğun olaraq formalaşdırılmış komandalar şəklində təşkil ediləcək. “Könüllülüyün BİR açarı” adlı onlayn kvestdə intellektual suallar Qarabağa, şanlı qələbəyə həsr olunub. Layihədə iştirak edən tələbə-könüllülər sertifikat əldə edəcək. O cümlədən, I, II və III yer üzrə ən yüksək dərəcəni əldə edən iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close