Ali məktəb

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

“Abituriyent” jurnalının xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2019-cu ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib.

Dövlət İmtahan Mərkəzindən “Report” a verilən məlumata görə, jurnalda 2020/2021-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Qeyd edək ki, 11 illik orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sentyabrın 26-dan 30-dək aparılacaq.

Mərkəz tərəfindən, həmçinin “Abituriyent” jurnalının xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2019-cu ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib. Keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.

Jurnalları A.Salamzadə küçəsi, 28 və Mikayıl Müşfiq küçəsi, 1M-də yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close