Ali məktəb
İnternetə çıxış imkanı olmayan 100-dən çox tələbə internet paketlə təmin edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində internetə çıxış imkanı olmayan 100-dən çox tələbə internet paketlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.
O bildirib ki, bu proses tələbənin ərizə ilə müraciəti əsasında həyata keçirilib.
