Ali məktəb

Genetik Ehtiyatlar İnstitutunun alimi ABŞ-da tədqiqatını uğurla başa vurub

Bakı, 26 avqust, AZƏRTAC 

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Dənli-taxıl və paxlalı bitkilər şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt” elmi-tədqiqat səfər proqramının qalibi olub.

Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildirilib ki, C.Eldarova ABŞ-ın Kolorado Dövlət Universitetinin Torpaq və bitkiçilik elmləri şöbəsində, Buğdanın seleksiyası və genetikası qrupunda 10 ay müddətində “Yumşaq buğdada quraqlığa davamlılıqla əlaqəli genlərin müəyyənləşdirilməsi və sekvenslənməsi” mövzusunda tədqiqat işini yerinə yetirib. Cəmalə Eldarova COVID-19 pandemiyası dövründə seleksiyada böyük əhəmiyyət kəsb edən KASP markerlər, onların dizayn edilməsi metodikasını və lazımi proqramları da mənimsəyib.

Həmçinin gənc alim səfər müddətində şöbənin həftəlik seminarlarında iştirak edib, istixanada işləmək üzrə təcrübə keçib, tarla tədqiqatlarına qatılıb, Genetik Ehtiyatların Qorunması üzrə Milli Mərkəzi ziyarət edib. Onun bu müddətdə Dr.Norman Borlaug fonduna olan müsahibəsi də dərc olunub.

Beləliklə, Cəmalə Eldarova ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Fulbrayt” proqramını uğurla başa vurub. O, hazırda tədqiqatın nəticələrinə dair beynəlxalq məqalə üzərində çalışır.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close