Ali məktəb

Gənclərin Onlayn Karyera Forumu keçiriləcək

29 avqust tarixində keçiriləcək Gənclərin Onlayn Karyera Forumu bu gün aktual problemə çevrilən gənclərin karyera və iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair müzakirələrin təşkili, zəruri bilik və bacarıqların gənclərə aşılanmasını özündə ehtiva edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, forumun moderatoru Nigar İbrahimova, spikerləri ADA Universitetinin Tələbə Xidmətləri və Məzun İşləri üzrə Prorektor müavini Gülnur İsmayıl, “Azersun Holding”in Kateqoriya və Marketinq Direktoru Könül Əliyeva, Fərdi İnkişaf və Test Mərkəzinin direktoru Samir Məmmədov və ixtisas.az və “Xaricdə Çörək” layihələrinin rəhbəri Toğrul Ələkbərdir.

Onlayn forum zamanı hədiyyəli viktorinalar təşkil olunacaq.

Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək forumun məqsədi gənclərin işsizlik probleminə kömək etmək və onların fərdi keyfiyyətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close