Ali məktəb

Gələn il büdcədən təhsilə ayrılan vəsaitin məbləği məlum oldu

Gələn il dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində əksini tapıb. 

Layihədə büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 197,0 milyon manat maliyyə vəsaitinin nəzərdə tutulduğu qeyd olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close