Ali məktəb

Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 24-də Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan onlayn tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Xocalı faciəsinə həsr olunmuş tədbirin bu il başqa əhval-ruhiyyədə keçirildiyini və bunun səbəbinin Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində qazanılan zəfər olduğunu deyib. Akademik qeyd edib ki, biz 20 Yanvar və Xocalı faciələrindən, qanlı-qadalı illərdən keçmişik, amma heç vaxt torpaqlarımızın azad olunacağına ümidimizi itirməmişik. Hər zaman əzmkarlığımız, mübarizliyimiz və döyüşkənliyimiz sayəsində qalib gələcəyimizə inanmışıq.

kademik M.İmanov Xocalı soyqırımını təkcə bir xalqa, bir millətə qarşı qətliam hadisəsi kimi deyil, ümumən insanlığa qarşı yönəlmiş cinayət əməli kimi dəyərləndirib.

Tədbirdə institutun Elmi müəssisənin xarici əlaqələr bölməsinin rəhbəri Əli Şamil, baş elmi işçi, filologiya elmləri doktoru Nizami Muradoğlu, Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, Mərasim folkloru şöbəsinin müdiri, dosent Ağaverdi Xəlil, şairə-alim Qiymət Məhərrəmli çıxış ediblər.

Çıxışlarda Xocalı qurbanlarının xatirəsinin hər zaman əziz tutulduğu vurğulanıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close