Ali məktəb

Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirilir

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə,  imtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək. İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 93 namizədin iştirakı nəzərdə tutulur.

A növü üzrə olan imtahanı Mərkəzində saytında canlı izləmək mümkün olacaq.

İnzibati vəzifələrin B növünə aid olan vəzifələr üzrə imtahan isə kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada keçirilir. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 533, BB qrupu üzrə 1466 olmaqla, ümumilikdə 1999 namizəd qeydiyyatdan keçib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close