Ali məktəb

Dövlət Proqramı məzunu “Süni intellekt və oyunlar” mövzusunda təlim keçəcək

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

Nazirlikdən AzEdu.az-a məlumata görə, 29 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Süni intellekt və oyunlar” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Kanadanın Toronto Universitetində kompüter elmləri ixtisasından bakalavriat səviyyəsi üzrə məzun Vüqar Məmmədlidir.

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://forms.gle/D2GY4FBoovKWBFan7 qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close