Ali məktəb

Dövlət Neft və Sənaye Universitetinin birinci kurs tələbələrindən ikisi Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci kurs tələbələrindən ikisi Prezident təqaüdünə layiq görülüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olan Səbuhi Bürcəliyev və Əhməd İsmayılzadəyə Prezident təqaüdü veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 29 oktyabr tarixli Sərəncamına əsasən 102 tələbə bu təqaüdə layiq görülüb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close