Ali məktəb

Dövlət İmtahan Mərkəzinin nəşrlərini abiturient.az saytından onlayn sifariş etmək olar

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

DİM-dən AZƏRTAC-a bildirilib ki, nəşrlər “Abituriyent” jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Videotəlimat vasitəsilə DİM nəşrlərinin onlayn sifariş qaydası ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, istifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin adı, soyadı, ata adı, telefon nömrələri və ünvan qeyd olunur. Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.

Hər bir nəşrin ünvana çatdırılma xərci 1,5 manatdır. Sifarişin ümumi məbləği 20 AZN və daha çox olarsa, çatdırılma pulsuzdur.

Nəşrlərin sifarişi ilə bağlı çətinlik və ya çatdırılmasında ləngimə olarsa, 012-489-02-59 nömrəsinə zəng edə, +994 50 225 54 99 “WhatsApp” nömrəsinə yaza və ya abiturient.journal@gmail.com  ünvanına məktub yollaya bilərsiniz.

“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (PDF formatında) isə buradan əldə edə bilərsiniz.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close