Ali məktəb

Dövlət İmtahan Mərkəzində növbəti beynəlxalq imtahan keçirilib

Dövlət İmtahan Mərkəzində növbəti “GRE: General Test” imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan bu gün Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti imtahanın fevralın 1-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında DİM-in saytında ətraflı məlumat əldə etmək mümkündür.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close