Ali məktəb

DİM-də beynəlxalq imtahanlar keçirildi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanlar Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

TOEFL iBT imtahanlarında ümumilikdə 19 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının aprelin 10-da keçirilməsi nəzərdə tutulur.

GRE imtahanında 1 nəfər iştirak edib. İmtahan nəticələri ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənilə bilər. Növbəti GRE imtahanının aprelin 2-də keçirilməsi nəzərdə tutulur.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close