Ali məktəb

“BİR” tələbə-könüllülər “İlin könüllüsü” nominasiyasına layiq görülüblər

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunan “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu” keçirilib.

Onlayn təşkil edilən forumun rəsmi hissəsində Təhsil naziri Emin Əmrullayevin könüllülərə müraciəti nümayiş etdirilib. Müraciətdə Təhsil naziri könüllülük, onun dəyərləri, həmçinin Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının fəaliyyətini vurğulayıb.

Forum çərçivəsində “BİR” tələbə-könüllülər müxtəlif kateqoriyalar üzrə “İlin könüllüsü” kimi təltif olunublar. Sosial könüllülük üzrə – Cəfər Mahmudov, pandemiya dövründə könüllülük üzrə – Mehdi Əzimzadə, müharibə dövründə könüllülük üzrə – Mənsurə Qurbanzadə, ekoloji könüllülük üzrə – Əsli Məhərrəmova “İlin könüllüsü” nominasiyasına layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close