Ali məktəb

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalların növbəti nömrələri çapdan çıxıb

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən “Web of Science” bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının növbəti 19-cu cildinin 3-cü sayı çapdan çıxıb. Jurnalın bu nömrəsində Türkiyə, Rusiya, Çin, İran, Yunanıstan, Mərakeş, Tunis və Azərbaycanın tanınmış alimlərinin məqalələri dərc olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan və “Science Citation Index Expanded” (SCIE) indeks bazasında yer alan “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının növbəti 11-ci cildinin 2-ci sayı çapdan çıxıb. Jurnalın bu nömrəsində Türkiyə, Hindistan, İran, Vyetnam, Tayvan, Tunis, Bosniya və Herseqovina və Azərbaycanın tanınmış alimlərinin müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə dair məqalələri dərc olunub. Həmin məqalələrdə fraksional diferensial tənliklər, tərs məsələlər, kəsr operatorları, analitik funksiyalar, matris nəzəriyyəsi, statistik nəzəriyyə və onun tətbiqləri, sabit nöqtələr nəzəriyyəsi, Morri tipli fəzalarda inteqral operatorlar nəzəriyyəsinə baxılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close