Ali məktəb

BDU-nun tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər

Zoologiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən universitetin Biologiya fakültəsinin bakalavr və magistrantları elmi müəssisədə istehsalat təcrübəsi keçirlər.

Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, biologiya elmləri üzrə fəlsəfə doktorları Çingiz Məmmədov və Sara Əliyevanın rəhbərliyi ilə bir qrup magistrant Mingəçevir Elmi Təcrübə Stansiyasında istehsalat təcrübəsində iştirak edib. Magistrantlara stansiyanın göllərində yetişdirilən balıqların saxlanma şəraiti, balıq fərdləri üzərində elmi-praktik işlərin yerinə yetirilməsi prosesləri izah edilib.

Tələbələri maraqlandıran suallar cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close