Ali məktəb

BDU-nun rektorunun çempionla görüşü

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Parisdə keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirin qalibi, BDU-nun Geologiya fakültəsinin birinci kurs tələbəsi İlkin Qənbərli ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, qalibi təbrik edən rektor idmanın inkişafına dövlət qayğısından danışıb və Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını qeyd edib. Rektor idmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə İlkin Qənbərliyə təşəkkürünü bildirib, ona həm təhsilində, həm də peşəkar idman həyatında yeni uğurlar arzulayıb.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən İlkin Qənbərli turnirdəki rəqiblərindən bəhs edərək, xüsusilə də finalda erməni rəqibini məğlub etdiyinə görə qürurlu və sevincli olduğunu söyləyib.

Sonda rektor Elçin Babayev beynəlxalq turnirin qalibi İlkin Qənbərlini BDU-nun fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif edib.

Xatırladaq ki, fevralın 13-dən 15-dək keçirilən Beynəlxalq turnirdə 55 kiloqram çəki dərəcəsində yarışan 18 yaşlı İlkin Qənbərli erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olub. İlkin Qənbərli 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close