Ali məktəbXarici

BDU Fransa universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin Hüquq fakültəsinindekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşolub. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri ətraflı qeyd edərək Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini bildirən Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası ali təhsil sahəsində qarşılıqlı əlaqələrin istiqamətində müzakirələrin aparılması baxımından səmərəli olduğunu vurğulayıb. 

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti və Lion 2 Universitetinin müəllim və tələbə heyətinin elm, təhsil ehtiyaclarına böyük əhəmiyyət verərək, hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, əqli mülkiyyət hüququ fənninin peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə, sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun Hüquq fakültəsi ilə Lion 2 Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə proqramlar, müəllim və tələbə mübadilələri, seminarlar, simpoziumlar, konfransların keçirilməsi, “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə Hüquq fakültəsi yaradılıb və 1960-cı illərdə həmin universitet 2  müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1,  Lyon -2 və Lion 3  adlı üç müstəqil ali təhsil müəssisəsidən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close