Ali məktəb

BDU-da tədbir: Şəhid ailələrinə və qazilərə qayğı hər birimizin borcudur

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şəhid ailələrinə və qazilərə qayğı hər birimizin borcudur” adlı onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. THİK sədri Hacıbaba Mustafayev şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, onların sosial rifahının güclənməsi dövlətimizin prioritet istiqamətlərindəndir və ölkəmizdə bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir.

BDU-da da bu sahədə görülən işlərdən danışan THİK sədri universitet rəhbərliyinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə və məzunların ailələrini hər zaman diqqətdə saxladığı, bu istiqamətdə sistemli tədbirlər həyata keçirildiyi barədə məlumat verib.

Tədbirdə çıxış edən tələbələr şəhidlərimiz və qazilərimizlə qürur duyduqlarını ifadə edib, onları heç zaman unutmayacaqlarını bildiriblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close