Ali məktəb

BDU-da imtahan sessiyası uğurla davam edir

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 13-14-də bakalavriat pilləsində təhsil alan 516 qrup üzrə 11 min 215 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 135 ixtisaslaşmada 117 fənn üzrə 692 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 764 tələbə imtahanlarda iştirak edib.

“Microsoft Teams” platforması üzərindən keçirilən imtahanlarda bütün tələbələr fəal iştirak edir. İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və tələbə nəzarət qrupunun üzvləri də izləyirlər. Tələbələrin şikayət və təkliflərinə baxılması məqsədilə BDU rektorunun yanında yaradılmış apelyasiya komissiyası və “Qaynar xətt” müraciətləri dinləyərək qarşıya çıxan problemləri operativ araşdırır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close