Ali məktəb

BDU-da 5068 bakalavr imtahan verib

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 27-də ümumilikdə 229 qrupda 5068 bakalavr imtahan verib. Universitetin Qazax filialında isə 21 qrup üzrə 383 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 68 ixtisaslaşmada 50 fənn üzrə 247 magistrant imtahan verib.

BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirilib. İmtahanlar “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close