BDU aliminin məqaləsi “Veb of Science” elmmetrik bazasında 87 istinad alıb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Complex Variables and Elliptic Equations” jurnalında dərc olunmuş “Lokal Morri tipli fəzalarda kəsr maksimal operatorun məhdudluğu” (“Boundedness of the fractional maximal operator in local Morrey-type spaces”) adlı məqaləsi “Veb of Science” elmmetrik bazasında 87 istinad alaraq, 1543 məqalə arasında 2-ci yerə yüksəlib.
Britaniyanın 2007-ci ildən nəşr olunan “Complex Variables and Elliptic Equations” jurnalı “Veb of Science” (“Clarivate Analytics”) elmi məlumatlar bazasına daxildir (impakt faktoru: 0.695-Q3). Jurnalda bu günə qədər “Veb of Science” bazasına daxil olan 1543 məqalə dərc olunub. Jurnalın əsas mövzu sahəsi riyaziyyat, kateqoriyası isə riyazi analiz, tətbiqi analiz, hesablama riyaziyyatı və ədədi analizdir.