Ali məktəb

BANM-da “Mühəndislər üçün Biznes Təhsili” layihəsinin növbəti mərhələsi yekunlaşdı

Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün Biznes Təhsili” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, ADA, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, eləcə də Xəzər universitetlərinin, Milli Aviasiya Akademiyasının mühəndislik ixtisası üzrə təhsil alan tələbələri məşğələlərdə fəal iştirak edib. Təlimlərə Türkiyə Cümhuriyyətinin Orta Doğu Texnik Universitetindən və Böyük Britaniyanın Heriot Vatt Universitetindən də iştirakçılar qatılıb.

Qeyd edək ki, “Mühəndislər üçün biznes təhsili”-nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir.

Proqramda Bakı Ali Neft Məktəbinin IV və V kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan III və IV kurs tələbələri iştirak ediblər. Ümumilikdə 395 nəfər tələbə təlimlərdən yararlanıb.

Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara Bakı Ali Neft Məktəbi və bp-nin birgə sertifikatları təqdim edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close