Ali məktəb

Bakı Slavyan Universitetində seminar: Karantin şəraitində motivasiyanın yüksəldilməsi

Bakı Slavyan Universiteti (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Karantin şəraitində motivasiyanın yüksəldilməsi” mövzusunda seminar keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, seminarı Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Aygün Əliyeva aparıb. A.Əliyeva hazırda ölkəmizdə, eləcə də bütün dünya ölkələrində pandemiya ilə bağlı yaranan psixoloji vəziyyət və motivasiya haqqında tələbələrə məlumat verib. Sonra tələbələrin fikirləri dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb.

Seminarın sonunda tələbələrə TGT-nin sədri, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi Cəfər Adilov tərəfindən sertifikatlar təqdim olunub.

Seminar tələbə-gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close