Ali məktəb

Bakı Slavyan Universitetində “Qürurlu ol, əsgər anası!” layihəsi davam edir

Bakı Slavyan Universitetində (BSU) “Qürurlu ol, əsgər anası!” layihəsi davam edir.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rektor Nurlana Əliyevanın təşəbbüsü ilə reallaşan “Qürurlu ol, əsgər anası!” layihəsi övladlarını hərbi xidmətə yola salıb gözü yolda, qulağı qələbə xəbərində olan məğrur, cəfakeş, fədakar, qürurlu əsgər analarına mənəvi dəstək göstərmək məqsədi daşıyır.

Layihənin davamı olaraq BSU-nun Pedaqoji fakültəsinin dekanı, dosent Dilarə Hacıyeva, dekan müavinləri Nailə Xəndan və Lalə Mikayılzadə universitetin məzunları, hazırda hərbi xidmətdə olan İlkin Salayevin və Mahmud Atamalıyevin ailələrini ziyarət ediblər.

Əsgər İlkin Salayevin anası Ruhiyyə Salayeva, nənəsi Həqiqət xanım, əsgər Mahmud Atamalıyevin anası Rəxşəndə xanım, bacısı Ruqiyyə, qardaşı Məhəmməd universitetin müəllimlərinin gəlişindən çox təsirlənib, məmnunluqlarını bildiriblər. Əsgər anaları Vətən torpaqlarının işğaldan azad olunmasında övladlarının iştirakından qürur duyduqlarını bildirməklə yanaşı, torpaqlarımızın tezliklə işğaldan azad olunmasını, bütün əsgərlərimizin sağ-salamat dönəcəkləri günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.

Qeyd edək ki, Pedaqoji fakültənin tələbəsi Nübar Adişovanın qardaşı Qüdrət Adişov Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Fakültənin rəhbərliyi şəhidin ailəsini ziyarət edərək, onlara mənəvi dəstək olub. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close