Ali məktəb

Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub

Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub.

Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

Qeyd edək ki, yataqxananın ümumi sahəsi 5100 m2 olan beş mərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdılımış sahə vardır. 

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close