Ali məktəb
Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq mərkəzinin yeni kompozisiyası

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzinin direktoru Nailə Mirməmmədli “Şəhid anasıyam” adlı mahnı bəstələyib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, N.Mirməmmədlinin müşayiəti və ifasında səsləndirilən musiqi Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşaraq şəhid olan Azərbaycan oğullarına ithaf olunub. Musiqi əsərini rejissor Nail Naiboğlu ekranlaşdırıb.