Ali məktəb

Bakı Dövlət Universitetinin Kimya fakültəsində onlayn tədbir: Qarabağ Azərbaycandır!

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Vətən müharibəsində qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültənin TGT sədr əvəzi Əli Qədirli 44 günlük Vətən müharibəsində qazanılmış qalibiyyətdən danışıb. O, tarixi və əzəli torpaqlarımızın işğaldan azad olunmasının Azərbaycanın hərbi və siyasi qələbəsi olduğunu diqqətə çatdırıb.

Onlayn tədbirdə Tələbə Gənclər Təşkilatı üzvlərinin “Azərbaycanın milli-mənəvi dəyərləri”, “Şəhidlərimiz və qazilərimiz”, “Müharibə zamanı mülki əhaliyə dəymiş zərər” mövzularında çıxışları dinlənilib.

Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, professorları Teymur İlyaslı, İbrahim Məmmədov, Namiq Şıxəliyev, Rasim Aliosmanov Vətən müharibəsində qazandığımız parlaq qələbə, eləcə də diplomatiya və siyasətdə əldə edilən uğur, dövlət-xalq-ordu birliyi, həmrəylik haqqında məruzə ilə çıxış ediblər. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təxribatları, Vətən müharibəsində qazanılmış qələbə və Qarabağın erməni işğalından azad olunması münasibətilə təbrik nitqləri səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda haqq savaşında həmrəy olan xalqımızın dövlət başçısının ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində düşmənə qalib gəldiyi vurğulanıb.

Tədbir “Microsoft Teams” platformasında üzərindən Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close