Ali məktəb

Bakı Dövlət Universitetində onlayn elmi seminar: Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri” mövzusunda onlayn elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, moderator, fakültə dekanı Nizaməddin İsgəndərov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun düşmən üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə iştirakçıları təbrik edib və seminarın işinə uğur arzulayıb.

Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov “Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri” mövzusunda təqdimatla çıxış edib.

Professorlar Arif Səlimov, Hamlet Quliyev, Yusif Sevdimalıyev, Vaqif İbrahimov, Sadiq Abdullayev, Vaqif Qasımov pandemiya şəraitində belə görüşlərin əhəmiyyətini vurğulayıblar. Elmin inkişafına xidmət baxımından bu təşəbbüsü yüksək qiymətləndirərək gələcək fəaliyyətlə bağlı təkliflər səsləndiriblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close