Ali məktəb

Bakı Dövlət Universitetində ehtiyacı olan tələbələr pulsuz internet paketi ilə təmin ediləcək

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi pandemiya ilə əlaqədar olaraq davam edən onlayn tədris prosesi dövründə internet problemi yaşayan universitet tələbələrinə pulsuz internet paketin hədiyyə olunmasını nəzərdə tutan layihəyə start verib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihənin ilk mərhələsində xüsusilə cəbhəyanı bölgə və rayonlarda yaşayan 300 tələbəyə yardım olunması nəzərdə tutulur. Layihə çərçivəsində distant təhsil dövründə internet imkanı məhdud olan tələbələrlə bağlı bu cür yardımlar davam etdiriləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close