Ali məktəb

Bakı Dövlət Universitetində deputatla onlayn görüş olub

Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının iştirakı ilə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun onlayn görüşü keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor Hikmət Babaoğlu son dövrün aktual məsələləri olan “Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı” və “Pandemiya dövründə Azərbaycan dövlətinin sosial proqramları” mövzularında məruzə ilə çıxış edib.

Çıxışında deputat Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri, hazırkı inkişaf tendensiyaları, perspektivləri, habelə 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmə cəhdi və düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində baş vermiş hərbi əməliyyatlar, Türkiyənin bu əməliyyatlara göstərdiyi reaksiya, Azərbaycan-Türkiyə quru qoşunlarının və hərbi hava qüvvələrinin genişmiqyaslı hərbi təlimləri ilə bağlı məqamlara aydınlıq gətirib.

Professor Hikmət Babaoğlu, eyni zamanda, dünya gündəminin hələ də əsas mövzusu olan yeni növ koronavirus (COVID-19) pandemiyası və onun ölkəmizə təsiri, Azərbaycan hökumətinin bu dövrdə gördüyü sosial-iqtisadi tədbirlər planı haqqında ətraflı məlumat verib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən onlayn görüş diskussiya şəraitində davam edib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close