Ali məktəb

Bakı Dövlət Universitetində “Art club”ın növbəti təlimi

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Art club”ın növbəti təlimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, təlimdə Filologiya fakültəsi ilə yanaşı, digər fakültələrin tələbələri də fəal iştirak ediblər.

Klubun təmsilçisi Fərid Qurbanov rəsmlə məşğul olmağın faydalarından danışıb, portretin çəkilməsi haqqında ətraflı məlumat verib. Bu sahədə tələbələrin maraq dairəsinin mühüm faktor olduğunu vurğulayan təlimçi ilk dərsdə insan gözünün çəkilməsini izah edib, tələbələrin çəkdikləri nümunələr əsasında doğru və yanlış məqamlara aydınlıq gətirib, diqqəti vacib məsələlərə yönəldib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close