Ali məktəb

Bakı Dövlət Universitetində Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib

Bakı, 29 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 11 avqust tarixli “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tarix elmləri namizədi Ələmdar Şahverdiyev, Hüquq fakültəsi TGT-nin sədri Firavan Əlizadə, Tarix fakültəsi THİK-in üzvü Nigar Abbasova çıxış edərək Əhmədiyyə Cəbrayılovun keçdiyi şərəfli və məşəqqətli ömür yolundan söhbət açıblar. Onlayn tədbirdə qəhrəmanımızın bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərdiyi, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçdiyi barədə geniş məlumat verilib. Onun Kursk ətrafında döyüşlərdə göstərdiyi şücaətindən, Fransanın partizan hərəkatındakı fəaliyyətindən danışılıb.

1941-ci ildə müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə gedən, Fransa Müqavimət hərəkatında fəal iştirak edən Ə.Cəbrayılovun əsir düşməsi, əsirlikdən necə xilas olması, çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz qəhrəmanlıqları onlayn təbir iştirakçılarının böyük marağına səbəb olub.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close