Ali məktəb

Bəxtiyar Vahabzadəyə həsr olunmuş beynəlxalq simpozium keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Dədə Qorqud şöbəsi Türkiyənin İqtisadi İnkişaf İnstitutu ilə birlikdə onlayn formatda “Üçüncü Beynəlxalq Bəxtiyar Vahabzadə – Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı simpoziumu” keçirib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Avropa və Asiya ölkələrindən alimlərin qatıldığı simpoziuma Dədə Qorqud şöbəsinin müdiri, “Dədə Qorqud” elmi-ədəbi jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı rəhbərlik edib.

Simpoziumun plenar iclasında Ramazan Qafarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış ediblər.

Tədbirdə “Ədəbiyyatımızın Bəxtiyar mərhələsi”, “Bəxtiyar Vahabzadə poeziyasında insan və zaman konsepsiyası”, “Bəxtiyar Vahabzadə şeirlərinin estetikası”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında Azərbaycan ədəbiyyatının tədrisi məsələləri”, “Bəxtiyar Vahabzadə yaradıcılığında milli istiqlal motivləri”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında cəmiyyət problemləri”, “Bəxtiyar Vahabzadə – adını türk ədəbiyyatı tarixinə böyük hərflərlə yazmış Azərbaycan oğlu”, “Kitabi-Dədə Qorqud obrazları Bəxtiyar Vahabzadənin yaradıcılığında”, “Məni siyasətdə deyil, şeirlərimdə axtarın”, “Azərbaycan və türk ədəbiyyatında Bəxtiyar Vahabzadə yaradıcılığı və onun Vətən sevdalı şeirləri” və “Əqidəsini dəyişməyən xalq şairi” mövzularında məruzələr dinlənilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close