Ali məktəb

AzTU Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin əməkdaşları Sumqayıt Texnologiyalar Parkının (STP) Təlim və ixtisasartırma şöbəsinin müdiri İradə Mikayılova ilə işgüzar görüş keçirib. 

AzEdu.az xəbər verir ki, görüşdə yeni təcrübə proqramlarının təşkili  və əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Qeyd olunub ki, AzTU məzunlarının STP-də işlə təmin olunmasında geniş perspektivlər mövcuddur. 

Son 2 ildə qarşılıqlı razılaşma əsasında AzTU-nun Energetika, elektrotexnika və avtomatika, Maşınqayırma və robototexnika, Metallurgiya və materialşünaslıq fakültələrinin tələbələri STP-nin Kabel, Elektrik avadanlıqları, Alüminium və Mis Profilləri, Mexaniki emal, Antikorroziya örtükləri, Sendviç Panellər, Polimer Məmulatları, Qaynaq quraşdırma kimi nəhəng zavodlarında təcrübə proqramlarında işirak edib. 

Təcrübə proqramlarını uğurla bitirən tələbələrin bir qismi STP-nin adıçəkilən zavodlarında müxtəlif vəzifələrə təyin olunub.

Qeyd edək ki, 2018-2020-ci illərdə həyata keçirilən təcrübə proqramlarında iştirak etmiş 70-dən artıq AzTU məzunu hazırda STP-də faəliyyətini davam etdirir.

Görüşdən sonra qonaqlar STP-də işləyən AzTU məzunlarının iş prosesini izləyib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close