Ali məktəb

AzTU məzunlarının iştirakı ilə vorkşop keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunlarının və pedaqoji heyətinin iştirakı ilə “Wish.az platformasının təqdimatı” mövzusunda onlayn vorkşop keçirilib.

Universitetdən AzEdu.az-a verilən məlumata görə,”Global Innovations” MMC-nin  qurucuları Zeynal Kərimzadə və Toğrul Rəhimlinin  moderatorluğu ilə keçirilən vorkşopda şirkətin perspektiv imkanları barədə məlumat verilib. Bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ideyasını kapitala çevirmək istəyən istedadlı gənclər öz layihələrini “Wish.az” platformasında qeydiyyatdan keçirə bilər.

İki saat davam edən görüşdə İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiri, millət vəkili Rüfət Quliyev, müəllimlər Sədaqət Əbdürrəhmanova, İlham Aslanzadə AzTU məzunlarının iqtisadiyyatın müxtəlif sahələrində yüksək vəzifələrdə çalışdığını və universitetlə əməkdaşlıqlarını davam etdirdiklərini bildirib. 

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close