Ali məktəb

AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə onlayn təlimə start verilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Maliyyə savadlılığı” layihəsi çərçivəsində reallaşan təlim Azərbaycan Respublikası Mərkəzi Bankının Təlim Mərkəzi ilə birgə keçirilir. Təlim əsasən biznesin idarə edilməsi və menecment ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulub.

“Zoom” proqramı vasitəsilə keçirilən təlim 2 gün davam edəcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close