Ali məktəb

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

“Report” xəbər verir ki, dəyişikliklə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

Bundan əlavə, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Xatırladaq ki, “Təhsil haqqında” qanunda edilən dəyişiklik terminlərin (təhsil haqqında dövlət sənədi) dəqiqləşdirilməsi, habelə təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Bu məqsədlə təhsil haqqında dövlət sənədlərinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılacaq.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close