Ali məktəb

Azərbaycan-Türkiyə ortaq universiteti mütləq Qarabağda qurulmalıdır – Vacib təklif

“Birgə  universitetlərin  yaradılması  təhsil  sahəsində  əməkdaşlığın daha  da  gücləndirilməsinə, təcrübə  mübadiləsinin  aparılmasına, sağlam  rəqabət mühitinin  yaradılmasına, ölkə  gənclərinin  elə  Azərbaycanda  təhsil  almasına  mühüm  töhfə  verə  bilər”.

Bunu  Milli Məclisin  deputatı  Ceyhun  Məmmədov  AzEdu.az-a  açıqlamasında  bildirib.

O, Azərbaycan – Fransız  Universitetinin  fəaliyyətini  nümunə  gətirib:

“Məlum  olduğu  kimi  bu  gün  ölkəmizdə Azərbaycan – Fransız  Universiteti  bir neçə ildir uğurla  fəaliyyət  göstərir. Yaxın  vaxtlarda  ölkəmizdə  Azərbaycan-İtaliya  Universitetinin  yaradılması  da  nəzərdə  tutulur. Bu  istiqamətdə  artıq  ciddi  işlərə  başlanılıb.”

O, Azərbaycan-Türkiyə  Universitetinin  yaradılmasının  əhəmiyyətinə  diqqət  çəkib:

“Düşünürəm  ki, müsbət  təcrübələr  nəzərə  alınaraq,  Azərbaycan – Türkiyə Universitetinin  yaradılması  məsələsi  nəzərdən  keçirilə  bilər. Bu  gün  Türkiyə ilə  Azərbaycan  siyasi, hərbi, mədəniyyət, təhsil  sahəsində  sıx  əməkdaşlıq  edir. Eyni  zamanda,  çox  sayda  Azərbaycan  gənci  təhsil  almaq  üçün  Türkiyə universitetlərini  seçir.

Belə  bir  universitetin  yaradılması  ilə  Azərbaycan  gəncləri  həmin  təhsili ölkəmizdə  ala  bilərlər. Bu  həm  də  iki  qardaş  və  dost  ölkənin  xalqları arasında  inteqrasiyanın  sürətlənməsinə, təhsil  və  mədəniyyət  sahəsində əməkdaşlığın  daha  da  gücləndirilməsinə  ciddi  töhfə  verə  bilər”.

Təhsil  eksperti, Bakı  Mühəndislik  Universitetinin  prorektoru  Elçin  Süleymanov  AzEdu.az-a  açıqlamasında  bildirib  ki, Türkiyə  ilə  Azərbaycanın  birgə  universitetinin  olmaması  bir  əksiklikdir:

“Türkiyə  Azərbaycana  ən  yaxın  ölkədir. Mərhum  Ümummilli  liderimiz  Heydər Əliyevin  dediyi  kimi  biz “Bir Millət  İki  Dövlətik !”.

 Dolayısıyla  ortaq universitet  ideyasını  mən  də  ürəkdən  dəstəkləyirəm. Türkiyənin  və  Azərbaycanla  ortaq  bir  universitetinin  olmaması  onsuz  bir  əksiklikdir  və  tezliklə  bu  boşluq  doldurulmalıdır. Bu universitetdə  həm  müasir  fundamental  ixtisaslar,  həm  də  ortaq  tarix  və  dil yönümlü  ixtisaslar  olmalıdır”.

Ekspert  bu  universitetin  Qarabağda  qurulmasının  daha  faydalı  olacağını  bildirib:

“Türkiyənin  ortaq  universiteti  Qırğızıstan  və  Qazaxıstanda  var  və  kifayət qədər nüfuzlu universitetlər qurulub. Həm  Manas  Universiteti,  həm də Ahmet Yesevi Universiteti  kifayət  qədər  nüfuzlu  universitetlərdi. Oxşar bir  universiteti Azərbaycanda  və  hətta  Qarabağda  qurmaq  həm  təhsiliniz  üçün,  həm də milli  strategiyamız  üçün  faydalı  olardı. Hazırda  bir  neçə dövlətin Azərbaycanda  universitetlərinin  filialı  və  ya  ikili diplom  proqramı  mövcuddur!”

Qeyd  edək  ki,  bir  müddət  öncə  bir  qrup  elm  xadimi  tərəfindən  Prezident  İlham  Əliyevə  Azərbaycan-Türkiyə  birgə  universitetinin  yaradılması  ilə  bağlı  müraciət  edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close