Ali məktəb

Azərbaycan Texniki Universitetinin strukturunda müstəqil Dil Mərkəzi təşkil olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şurasının növbəti onlayn iclası keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq universitetin akademik və inzibati strukturunda bəzi dəyişikliklər edilib. Belə ki, Beynəlxalq əlaqələr şöbəsi ləğv edilib. Onun bazasında 2 şöbə – Əcnəbi tələbələrlə iş və Xarici əlaqələr şöbəsi yaradılıb, həmçinin AzTU-nun strukturunda müstəqil Dil Mərkəzi təşkil olunub.

Müdafiə sənayesi üçün mühəndis hazırlığına yüksək tələbin qarşılanması məqsədilə Xüsusi texnika və texnologiya fakültəsinin yenidən qurulmasına qərar verilib. Belə ki, Xarici dillər kafedrası bu fakültənin strukturundan çıxarılaraq İqtisadiyyat və idarəetmə fakültəsinin tərkibinə daxil edilib.

Yeni tədris proqramlarına uyğun tələblər nəzərə alınaraq Azərbaycan dili və pedaqogika, İctimai fənlər kafedralarında tədrisin yenidən təşkil edilməsinə qərar verilib.

AzTU-da ingilis dili fənninin tədrisinin yenidən təşkil olunması üçün Türkiyənin OSTİM Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlığın qurulması İqtisadiyyat və idarəetmə fakültəsinin dekanına tapşırılıb.

Tədris prosesinin təşkili, idarə edilməsi və nəzarətin həyata keçirilməsi üçün iclasda müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close